Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Meksikada son 100 ilin ən güclü zəlzələsi - azı 32 ölü

Meksikanın Sakit Okean sahilində 8 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, yeraltı təkanların episentri Pijijiapan şəhərinin cənub-qərbində, ocağı isə 35 kilometr dərinlikdə olub. Zəlzələdən sonra Meksika, Honduras, Ekvador, Qvatemala, Nikaraqua və Panamanı əhatə edən bölgələrdə sunami təhlükəsi yaranıb. Bir sıra bölgələrdə fövqəladə vəziyyət elan edilib. Təbii fəlakət nəticəsində iki milyona yaxın insan işıqsız qalıb.

Artıq dağıntı və zərərçəkənlər barədə də məlumatlar gəlməyə başlayıb.
Zəlzələ nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb. Yerli hakimiyyət orqanları Oaxaka ştatında 23, Çyapas ştatında 7, Tabasko ştatında 2 nəfərin həlak olması barədə məlumat yayıb.

Prezident Enrike Pehya Neto zəlzələnin ölkə tarixində son 100 il ərzində ən güclü zəlzələ olduğunu deyib. Hazırda Meksikada bütün məktəblər bağlanıb.

www.yenicag.az

1205
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM