Məktəb direktorlarının təyinat qaydaları dəyişdirilir
Təhsil Nazirliyi məktəb direktorlarının seçilib-yerləşdirilmısi ilə bağlı tam yeni yanaşma əsasında təlimlər təşkil edəcək.
Bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin rəhbəri Fərzəli Qədirov deyib.
Onun sözlərinə görə, direktorluğa namizəd olan bir qrup şəxs artıq həmin təlimləri başa vurmaqdadır. Son mərhələdə onlar çox ciddi bir müsahibədən keçəcəklər. Həmin müsahibədən keçəndən sonra onlar direktor təyin ediləcəklər.
Ancaq bu qayda hələ ki, Bakı şəhərini əhatə edir. Gələcəkdə isə regionlarda da bu yeni yanaşma əsasında direktorların seçilib yerləşdirilməsi prosesinə başlanılacaq.
virtual.org