Sentyabrın 16-da Azərbaycanda yeni dərs ilinə start veriləcək.
Ölkənin ali və orta məktəblərində üç ay davam etmiş yay tətilinin sonuncu günüdür. Yeni həftədən – sentyabrın 16-da etibarən, məktəb və universitetlərdə tədris prosesi bərpa olunacaq.
Yeni tədris ilinin başlaması həm də məktəbə hazırlıq qayğılarını ön plana çıxarır. Təbii, məktəbə bir və ya bir neçə şagird göndərən ailələr övladlarının məktəbli formasından tutmuş, digər zəruri dərs ləvazimatları tələbatını ödəmək məcburiyyətindədirlər.
Mövzunun aktuallığını nəzərə alan Yenicag.az əməkdaşları Bakı sakinləri arasında sorğu keçirərək, onların məktəb qayğılarının öhdəsindən necə gəldiklərini öyrəniblər.
Videosorğunu təqdim edirik:
Əsli İsmayılzadə
Samirə Əliyeva
www.yenicag.az