Başqırdıstanın Sterlitamak şəhərində yerli məktəblərdən birinə silahlı hücum olub.
Yenicag.az Rusiya KİV-ə istinadən bildirir ki, ilkin informasiyaya görə, yeniyetmə bıçaqla sinif yoldaşına hücum edərək məktəbi yandırıb. Zərərçəkən qız xilas olmaq üçün pəncərədən tullanıb.
Şahidlərin sözlərinə görə, hadisə nəticəsində eyni zamanda dörd məktəbli qız və bir müəllim zərər çəkib. Qeyri-rəsmi informasiyaya əsasən isə, hücum edən şəxs 89 yaşlı müəlliməni bıçaqlayıb. Daha sonra onun üstünə benzin tökərək yandırıb.
Zaur H.
www.yenicag.az