Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məktəblərdə ənənəvi tədrisin bərpa olunacağı tarix açıqlandı – Təhsil Nazirliyinin QƏRARI

“Fevralın 1-dən etibarən, ölkə üzrə ibtidai təhsil səviyyəsi, məktəbəqədər hazırlıq və icma əsaslı məktəbəqədər təhsil qruplarının fəaliyyəti qismən təmin olunur”.

Yenicag.az xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı keçirilən brifinqdə çıxış edən təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, 1 fevral tarixindən etibarən, ənənəvi tədrisin mərhələli şəkildə bərpa olunması ilə bağlı qərar verilib:

“Sıxlıq yüksək olan Bakı, Sumqayıt, Abşeron və böyük şəhərlərdə qeyd olunan qruplar üzrə həftədə 3 dəfə olmaqla, digər bölgələrdə isə həftədə 4 və ya 5 dəfə ənənəviyə yaxın formatda təhsilin bərpa olması ilə bağlı qərar verilib”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

353