Məmmədyarovun Polşa səfəri

media-hightechnic-468x90
50758Varşavada Azərbaycan-Polşa münasibətləri müzakirə olunacaq. Danışıqlar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Polşaya ikigünlük səfəri çərçivəsində aparılacaq.

Noyabrın 19-da başlayacaq səfər zamanı E.Məmmədyarovun Polşa Prezidenti, parlamentin hər iki palatasının rəhbərləri və xarici işlər naziri ilə görüşləri planlaşdırılıb.

Görüşlərdə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivləri, həmçinin regional əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Polşa XİN rəhbəri 2012-ci ilin iyun ayında Azərbaycan səfər etmişdi.
(qafqazinfo.az)

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa