“Məmurların administrativ xərcləri 12 % azaldılacaq”
Gürcüstan Beynəlxalq Valyuta Fondu (BVF) ilə danışıqlara başlayıb.
Yenicag.az anspress-ə istinadən bildirir ki, baş nazirin müavini Kaxa Kaladze bunun larinin çökməsinin qarşısının alınması ilə bağlı olduğunu bildirib.
Qeyd edək ki, son günlər lari dollara nisbətən ucuzlaşmağa başlayıb. Ölkədə bir çox valyutadəyişmə məntəqələri valyuta dəyişməkdən imtina edirlər.
Kaladze ölkədə gərgin vəziyyətin yarandığını etiraf edib. Baş nazirin müavini optimist olduğunu bildirsə də Gürcüstanda valyuta böhranının olduğunu deyib. Baş nazirin müavini Azərbaycan manatının da dollara nisbətən ucuzlaşmasını və bu prosesin bütün regionda getdiyini deyib.
“Bir neçə gün ərzində biz büdcədə hansı layihələrin təxirə salınacağı ilə bağlı məlumat verəcəyik. Bundan başqa məmurların administrativ xərcləri də 12 faiz azaldılacaq”, – deyə Kaxa Kaladze vurğulayıb.