“Mən istefa verməmişəm”

media-hightechnic-468x90

Fifapresidentresign“Mən istefa verməmişəm, yalnız öz taleyimi FİFA-nın növbədənkənar Konqresinə etibar eləmişəm”.

Yenicag.az musavat-a istinadən xəbər verir ki, bu barədə təşkilatın prezidenti Yozef Blatter bəyan edib.

Qeyd edək ki, mayın 29-da FİFA Konqresində o, təzədən təşkilatın prezidenti postuna seçilib, lakin 4 gün sonra postundan istefa verib.

Təşkilatın İcraiyyə Komitəsinin növbədənkənar iclası iyulun 20-də, Sürixdə keçiriləcək.

Xatırladaq ki, mayın 27-də İsveçrə polisi Sürixdə ABŞ məhkəməsinin müraciəti əsasında korrupsiya ittihamı ilə FİFA-nın 7 məmurunu saxlayıb. Ümumilkdə 14 keçmiş və indiki futbol fuksionerinə ittiham irəli sürülüb. Amerika Ədliyyə Nazirliyinin məlumatına görə, 24 il ərzində onlar 150 milyon dollar rüşvət alıblar.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa