Mənfi rəy yazanlara Rumiyyədən REAKSİYA: “Onları bu yolla tərbiyələndirirəm”

media-hightechnic-468x90

“Mənə sərt rəy yazanları yumşaq və ironik cavablarımla tərbiyələndirməyə çalışıram”.

Bu sözləri tanınmış aktrisa Rumiyyə Ağayeva Yenicag.az-a verdiyi açıqlamada bildirib. Maraqlı obrazları ilə böyük tamaşaçı kütləsinə malik olan aktrisa sosial şəbəkədə aktiv olduğunu deyib:

“Sənət adamları sosial şəbəkələrdə fəal olmaq məcburiyyətindədir. Mənim də öz izləyici kütləm var. Bəzən onlardan razı qalıram, amma narazı qaldığım məqamlar da olur. Bilirsiniz ki, rəqslərimi paylaşmağı sevirəm. Bir ara bu videolarımı dayandırmışdım, gördüm küçədə, getdiyim məkanlarda insanlar yaxınlaşıb deyirlər: ‘Rəqslərinizlə bizi ruhlandırırsınız, niyə daha paylaşmırsınız?’. Qərara gəldim ki, yenidən o videolarımı paylaşım”.

“Nə vaxtsa şərh bölməsini bağlı saxlamısınız?” sualına Rumiyyənin cavabı belə oldu:

“5 ildir ki, aktiv sosial şəbəkə istifadəçisiyəm. Bu vaxt ərzində bir dəfə də olsun şərh bölməsini bağlamaq barədə düşünməmişəm. Çünki sənət adamı olaraq insanların fikirləri mənim üçün önəmlidir. İstər mənfi, istərsə də müsbət, fərq etməz. Son zamanlar mənfi rəy yazanlara münasibətim ironik olur. Düşünürəm ki, onların IQ səviyyəsi və tərbiyəsi onları belə rəylər yazmağa vadar edir.

Buna görə də, mənə sərt rəy yazanları yumşaq və ironik cavablarımla tərbiyələndirməyə çalışıram. Bəlkə də məni qıcıqlandırmaq üçün yazırlar və məndən sərt cavablar gözləyirlər. Hətta xoşuma gəlməyəndə belə, o rəyə mənfi reaksiya vermirəm. İronik cavablarımla həm insanları güldürürəm, həm də neqativ rəy yazanlara yaxşı mənada “dərs verirəm”. Nəticə çıxarırlar. Çünki onların gözləmədiyi cavabları verirəm. Bu, daha təsiredicidir. Onları qınamıram, çünki dediyim kimi mühit, ailədən gələn tərbiyə və düşüncə tərzi onları elə rəylər yazmağa vadar edir”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa