Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin telekommunikasiya bazarında ilk dəfə olaraq ən innovativ və unikal müştəri xidməti alətini – “Mənim Bakcellim” applikasiyasını təqdim edir.
Abunəçilərinirahat, şəffaf və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell virtual müştəri xidməti tətbiqetməsini onların ixtiyarına verir.
“Bakcell ölkənin telekommunikasiya bazarına ən son texnologiyaların, məhsul və xidmətlərin gətirilməsi baxımından həmişə yenilikçi olub. Azərbaycanın telekommunikasiya bazarında ən rahat və qabaqcıl müştəri xidməti alətinin məhz “ilk”lərə imza atan Bakcell tərəfindən yaradılması heç də təəccüb doğurmur. Tam əminliklə deyə bilərəm ki, təqdim etdiyimiz yeni “Mənim Bakcellim” tətbiqetməsi mobil rabitə sahəsindəki müştəri xidmətlərində rahatlıq, şəffaflıq və innovasiyadan ibarət tam yeni dövrün başlanğıcı olacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
“Mənim Bakcellim”dən istifadə edən abunəçilər öz nömrələrinin hesabı ilə bütün lazımı əməliyyatları həyata keçirməklə yanaşı balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları müştəri xidməti mərkəzinə getmədən, növbədə gözləmədən və hətta məlumat mərkəzinə zəng vurmadan əldə edirlər.
Bu tətbiqetməni yükləyən Bakcell abunəçiləri çox rahat şəkildə aşağıda qeyd olunanlarıedə bilərlər:
– Xidmətləri, internet və rouminq paketlərini aktiv və ya deaktiv etmək;
– İstifadə olunan internet paketlərinin qüvvədən düşmə tarixini və balansını öyrənmək;
– Tariflər və bütün digər təkliflər barədə məlumat almaq və onlara qoşulmaq.
Bundan əlavə, “Mənim Bakcellim”istifadəçiləri nömrələrinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malik olacaqlar. Belə ki, abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti, abunəliklər, tutulmuş məbləğlər və əlavə xidmətlərdən istifadə daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edə biləcəklər.
“Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri təchizatçısı olan Bakcell öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə təmin edir. Şirkətimiz bunun üçün zəruri olan ən üstün və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi qurmağa nail olub. Abunəçilərimizin arzu, təklif və ehtiyaclarını nəzərə alaraq, mobil xidmətlərdən istifadə zamanı biz onları maksimum dərəcədə rahatlıq və şəffaflıqla təmin edirik.
Yeni “Mənim Bakcellim” mobil tətbiqetməsi sayəsində bizim abunəçilərimiz müştəri xidmətinə getmək və ya məlumat mərkəzinə zəng etmək üçün vaxt itirməyəcəklər. Onlar sadəcə bu proqramı yükləməklə smartfon, planşet və ya kompüter vasitəsilə yüksək keyfiyyətli müştəri təcrübəsindən yararlanırlar”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Todor Dimitrovski bildirib.
“Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “GooglePlay” və “Appstore” portallarından yükləmək olar. Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi cihazlarda “Mənim Bakcellim” proqramının “desktop” versiyasından yararlana bilərlər. Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklərhttps://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.
“Böyük qürur hissi ilə deyə bilərəm ki, ölkənin bütün telekommunikasiya bazarı üçün unikal hesab edilən bu fürsəti ilk dəfə Bakcell təqdim edir. Hazırda bu misilsiz məhsulumuza böyük tələbat müşahidə olunur və bu xidmətdən istifadə edən Bakcell abunəçilərinin bu imkandan olduqca razı qalması bizi məmnun edir”, deyə T. Dimitrovski əlavə edib.
“Mənim Bakcellim” proqramından istifadə üzrədemo videosunu izləmək üçün aşağıdakı linkdən istifadə edin:https://www.youtube.com/watch?v=1aTUxAvyFSI
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
7000-dən artıq baza stansiyası ilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Hazırda Bakı və Abşeron sakinləri ilə yanaşı, ölkənin 30-dan çox bölgənin əhalisi də Şirkətin təqdim etdiyi yüksək sürətli 4G internetindən istifadə edə bilirlər. 2018-ci ildə Bakcell özünün LTE şəbəkəsini ölkənin digər regionlarına doğru genişləndirir. Bakcell şirkəti Bakı metrosunda 4G xidməti təmin edən ilk mobil operatordur.
Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Bestin Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb.Aparılan testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
www.yenicag.az