“Mənim Gənclər Təşkilatım” layihəsi yekunlaşıb – Fotolar
”İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə “Mənim Gənclər Təşkilatım” layihəsi artıq yekunlaşdı.
Layihə 31 oktyabr – 4 noyabr 2014-cü il tarixləri aralığında keçirilib.
“Mənim Gənclər Təşkilatım” layihəsi ümumilikdə gənclər təşkilatının quruculuğunu, onun strukturunun formalaşdırılması yönündə həyata keçirilən bir layihədir. Layihə çərçivəsində müəyyən bir gənclər təşkilatının tam şəkildə fəaliyyət göstərməsi və inkişaf etməsi üçün, lazım olan katibliklərdən ibarət komandalar formalaşıb. Layihə düşərgə formatında keçirilib. Ümumilikdə gənclər təşkilatları mövcud olmayan 7 region gənclərini əhatə edəcək olan layihənin əsas məqsədi təşkilatın quruculuğu, onun strukturu, işləmə mexanizmi, idarə olunmasında yaxından tanış olunması, gənclərin iştirakı və maarifləndirilməsi, gənclərin layihədə iştirakını artırmaqla onların inkişafına dəstək olmaq olub. Həmçinin layihə çərçivəsində yeni təlim modulu yaradılıb.
Layinənin son günündə gənclərə şəhadətnamə verilib.