“Mənim onları sərhədsiz şəkildə sevməyimə baxmayaraq, …”

media-hightechnic-468x90

0G33VHLr1NX8Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva övladları ilə bağlı fikirlərini bölüşüb.

Prezidentin kiçik qızı Arzu Əliyevanın Facebook-da paylaşdığı fotoda birinci xanımın övladları ilə bağlı qeydləri əks olunub:

“Leyla anadan olanda mənim 19 yaşım var idi və mən heç bir zaman gənc yaşda ana olmağın böyük sevincini unutmayacağam.

Mənim uşaqlarım mənim həyatımın ən önəmli hissədir. Mən üç uşaq anasıyam və onların həyatına aid hər şey – uğurlar, nailiyyətlər, problemlər və narahatlıqlar mənim üçün yaxın və əzizdir.

Mənim üçün Heydərin üzgüçülük dərslərində artıq 100 metr üzməsi, Arzunun imtahanları yaxşı verərək magistraturaya qəbul olması və Leylanın aktiv şəkildə ictimai işlərlə məşğul olması eyni cür əhəmiyyətlidir. Onların müxtəlif situasiyalarla bağlı mənimlə öz problemlərini bölüşməsi və məndən məsləhət istəməsi məni sevindirir. Lakin mən heç bir zaman onlara öz fikrimi yeritmirəm. Mən onların şəxsi fikrinə hörmət edirəm və həmişə onların özlərininə seçim şansı verirəm. Mənim onları sərhədsiz şəkildə sevməyimə baxmayaraq, bu onların həyatıdır və onlar həyatlarını özləri qurmalıdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600