!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məntiq testləri əvvəlkilərdən fərqlənəcək? - DİM-dən AÇIQLAMA

!Adviad

Magistraturaya qəbul imtahanının çətinlik dərəcəsi əvvəlki illərdən fərqli olmayacaq.

Yenicag.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Rövşən Əsədov bu il magistraturaya qəbul imtahanlarında məntiqi təfəkkürü yoxlayan testlərin çətinləşəcəyi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, kitabdakı test tapşırıqlarının hamısı yeni olduğu üçün əvvəlki illərin nəşrləri ilə imtahana hazırlaşan tələbələrdə çaşqınlıq yaradıb.

Bu çaşqınlığa bir əsas görməyən R.Əsədov qeyd edib ki, “Məntiqi təfəkkürü yoxlayan testlər” adlı vəsaitin bundan əvvəlki sonuncu nəşri 2015-ci ildə olub:

“Təbii ki, bu yaxınlarda nəşr olunan sonuncu vəsait əvvəlkindən bir qədər fərqlənir. Lakin bu, heç də o demək deyil ki, imtahanda istifadə olunan materiallar sırf yeni nəşr olunan kitab əsasında müəyyənləşdiriləcək. Bu kitab sadəcə olaraq, təhsilin növbəti pilləsinə – magistraturaya qəbul olmaq istəyənlər üçün test imtahanına hazırlaşmaq üçün bir vasitədir”.

www.yenicag.az

268
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100