Mənzildə qadın meyiti tapıldı – Bakıda

Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbr verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Əlizadə Səkinə Əhməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

COP29