!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Məqsəd jurnalistlərin pəşəkarlıq səviyyəsinin yüksədilməsidir" - Emil Əkbərov

!Reklam – Yazi

“Medianın İnkişafı Agentliyinin yaradılması media sahəsində qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflərin gerçəkləşməsində stimulverici amil olacaq.”.

Bunu Yenicag.az-a açıqlamasında “BİG Media” MMC-nin direktoru Emil Əkbərov bildirib.

Medianın İnkişafı Agentliyinin onlayn medai üçün keçirdiyi müsabiqə onu göstərdi ki, KİVDF-nin dövründə olduğu kimi artıq onlayn media diqqətdən kənar qalmayacaq:

“Ən önəmlisi isə peşəkarlıq əsas amildir. Artıq dost-tanış amili əsas rol oynamayacaq. Əminliklə deyə bilərik ki, cənab prezidentin fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi qısa müddət ərzində ona olan ümidləri doğrultmağı bacardı. Agentlik tərəfindən təşkil olunan seminarlar, onlayn və çap media ilə bağlı keçirilən müsabiqə, nəticəsi, təşkil ol bir daha onu göstərdi ki, yeni yaradılan bu agentliyin əsas məqsədi media strukturların maddi təminatını yaxşılaşdırılması ilə yanaşı, həm də jurnalistlərin pəşəkarlıq səviyyəsinin yüksədilməsinə xidmət edir. Bundan əlavə bilirsiniz ki, media ilə bağlı yeni qanun da hazırlanır. Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” yeni qanun layihəsi və istiqamətdə atılan addımlar bir daha onu göstərir ki, medianın inkişafına dəstək verən dövlət müasir informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasında maraqlı olmaqla yanaşı həm də jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atılması da deyilənlərin təsdiqidir. Hesab edirəm ki, agentliyin mediamızın inkişafı sahəsində atacağı addımlar milli informasiya resurslarımızın inkişafı və onların fəaliyyətinin təkmilləşdirilməsinə ciddi töhfələr verərək cənab prezidentin media qarşısında qoyduğu yeni inkişaf tələblərini əhəmiyyətli səviyyədə icra edə biləcək. Hesab edirəm ki, aparılacaq islahatlar medianın dövlət tərəfindən maliyyələşməsini, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasını əhatə edəcək. Ən önəmlisi isə media-dövlət-cəmiyyət üçbucağında sağlam əməkdaşlığı, medianın bütün qurumlarında məsuliyyət və etik-peşə davranışlarının daha təkmil hala gətirilməsini, beynəlxalq əlaqələrin qarşılıqlı faydalı platformaya çevrilməsini yüksək səviyyədə təmin edə biləcək”.

www.yenicag.az

728
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv