!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Mercedes”dən 18 minə yaxın pul oğurlandı

!Reklam – Yazi

Bakıda avtomobildən 18 min manata yaxın pul oğurlanıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə M.Xiyabani küçəsində “Mercedes” markalı bir avtomobildən 17.250 manatın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Ağayev və Hüseyn Hümbətov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv