!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərdəkan sakinindən ŞİKAYƏT - FOTO/VİDEO

!Reklam – Yazi

Mərdəkan qəsəbəsində yaşayan vətəndaş düşdüyü situasiyadan çox narahatdır.

Yenicag.az xəbər verir ki, qəsəbə sakinindən redaksiyaya şikayət daxil olub.

Belə ki, R. Cəfərov küçəsi, ev 57, mənzil 20 ünvanında qeydiyyatda olan Qrinçuk Natalya Yuryevna adlı şəxs yaşadığı mənzilin qəzalı olması ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edib.

N. Yuryevna Azərbaycan Respublikasının Prezidenti İlham Əliyeva yazdığı məktubla da öz şikayətini bildirib. O, Prezidentə ünvanladığı məktubda yaşadığı evin qəzalı vəziyyətdə olmasından, təmir işləri aparılmamasından və s. bəhs edib. Natalya Yuryevna qeyd edib ki, bu problemi yalnız o yox, digər sakinlər də yaşayır.

Məsələ ilə bağlı Yenicag.az-ın əməkdaşları Xəzər rayon İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfat Birliyinə sorğu ünvanlasa da, heç bir cavab verilməyib.

Şahanə

www.yenicag.az

323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv