Mərkəzi Bank “Mpay”ə icrası məcburi göstəriş verdi
Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş bazarında fəaliyyət göstərən “Mpay” MMC-yə icrası məcburi göstəriş verib.
Yenicag.az xəbər verir ki, “MPay”də həyata keçirilən planlı yoxlamalar zamanı aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, şirkətə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 3.1-ci və 5.1-ci maddələrində nəzərdə tutulan fəaliyyətlərdən kənar xidmətlərin göstərilməsinin dayandırılması üçün icrası məcburi göstəriş verilib.