Noyabrın 5-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Yenicag.az banka istinadən xəbər verir ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bundan əvvəlki valyuta hərracı Mərkəzi Bankda oktyabrın 29-da keçirilib. Həmin vaxt hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində olub.