Mərkəzi Bank seminar keçirib

media-hightechnic-468x90

1416918492555945127_750x500Mərkəzi Bank kommersiya banklarının əməkdaşları üçün “Əmanətlərin sığortalanması” mövzusunda seminar keçirib.

Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin Resurslar və Maarifləndirmə Xidmətinin Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə keçirdiyi seminar “Bilik mübadiləsi” layihəsi çərçivəsində reallaşıb. Seminar bankların əməliyyat və müştəri xidmətləri departamentlərində çalışan əməkdaşlarını əmanətlərin sığortalanmasında dünya və yerli təcrübə, “Əmanətlərin sığortalanması haqqında” qanuna əlavə edilmiş dəyişikliklər haqqında məlumatlandırmaq məqsədi daşıyıb. Eyni zamanda, görüşdə səslənən, eləcə də Fondun qaynar xəttinə daxil olan suallara aydınlıq gətirilib. İnteraktiv formada keçirilən seminar zamanı iştirakçıların təcrübədə üzləşdiyi çətinliklər müzakirə olunub, onlara lazımi tövsiyələr verilib. (azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600