!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankdan “qara bazar”a “DƏSTƏK”: “Oğurluqla maşın almaq olar, dollar yox?” – İqtisadçıdan ETİRAZ

!Reklam – Yazi

“Bu qadağa və sərt nəzarətin ən böyük fəsadı “qara bazar”ın dirilməsi ola bilər”.

Ötən gün Azərbaycanda valyuta alışı ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Yeni qaydalara əsasən, ölkədə 500 ABŞ dollarından çox ekvivalentdə xarici valyuta alanlar müəyyən prosedurları icra etməlidirlər. Onlar özləri və gəlirləri haqqında ətraflı məlumat verməli, valyuta alarkən, bununla bağlı müvafiq blank doldurmalıdırlar. Blankda ad-soyaddan başqa, vəsaitin mənbəyi və valyuta alınmasının məqsədi də qeyd edilməlidir.

Yenicag.az xəbər verir ki, iqtisadçı Rövşən Ağayev Mərkəzi bankın sözügedən təlimatının mümkün təsirlərini şərh edib.

Rövşən Ağayevin sözlərinə görə, Mərkəzi Bankın belə sərt adminstrativ nəzarət tətbiq etməsi doğru addım deyil:

“Mərkəzi Bankın təlimatına əsasən, 20 min manat ekvivalentindən yüksək məbləğdə xarici valyuta alan şəxslər Maliyyə Monitorinq Xidmətinin nəzarəti altına düşəcək.

Xarici valyuta əhalinin və biznesin yığım kimi istifadə edə biləcəyi aktivlərdən biridir. Məntiqlə yanaşsaq, dollar almaqla, mənzil və ya avtomobil almağın arasında niyə fərq olsun ki? Hər ikisi aktiv deyilmi?

Qanunsuz yolla qazandıqları pul ilə məmur balası 150 min dollarlıq maşın alanda, 500 min dollarlıq villa tikəndə, pulun mənbəyilə bağlı sorğu-sual etməyə niyə ehtiyac olmasın ki? Oğurlayıb, bahalı maşın almaq olar, dollar yox?

Yaxud eyni məntiqlə xaricdə övladının təhsilinə hər il 50 min dollar pul transfer edəndə də pulun mənbəyi niyə soruşulmasın ki?! Sovetlər dönəmində həyətinə daş hasar çəkən, dəmir çardaq bağladan kolxozçunu belə həmin daşı, sementi, dəmiri hardan alması barədə çək-çevirə salırdılar.

Bu sistemi də bərpa etsək, köhnə sovet vətəndaşı kimi nostalji duyğularımızın üzərinə sərin su səpərik. Bu qadağa və sərt nəzarətin ən böyük fəsadı “qara bazar”ın dirilməsi ola bilər. Yüksək marja və ya rəsmi məzənnədən daha yüksək məzənnə ilə qeyri-rəsmi valyuta alışının canlanma riski böyükdür.

Eləcə də ev təsərrüfatları və biznes üzərində bu cür sərt adminstrativ nəzarət investorların ölkəyə onsuz da çox zəif olan inamının qalıqlarını da məhv edir”.

Gülşən Şərif

www.yenicag.az

770
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv