Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Mərkəzi Bankın atdığı bu addım başadüşülən deyil" - İqtisadçıdan REAKSİYA

“Mərkəzi Bankın dörd banka eyni vaxtda inzibatçı təyin etməsinin səbəbini anlamaq olmur”.

Yenicag.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın 4 banka müvəqqəti inzibatçılar təyin etməsinə münasibət bildirən iqtisadçı Pərviz Heydərov deyib.

Pərviz Heydərova görə, Mərkəzi Bankın atdığı addım başadüşülən deyil:

“Mərkəzi Bank sədri Elman Rüstəmov cari ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dövlət başçısına məruzə etmişdi ki, banklara lazımi dəstək verilir və ilin əvvəlindən bank sektoruna 627 milyon manat səviyyəsində dəstək həyata keçirilib. Görəsən, məhz bunun nəticəsidir ki, birdən-birə 4 banka müvəqqəti inzibatçılar təyin olundu?!”.

Pərviz Heydərov hesab edir ki, Mərkəzi Bankın inzibatçı təyin etməkdənsə, bankları sağlamlaşdırmaq üçün kompleks tədbirlər həyata keçirməsi daha vacibdir:

“Məlumdur ki, ölkədə 30 bank fəailiyyət göstərir. 2005-2006-cı ildəki böhrandan sonra 10-dan çox bank bağlandı. Bu proses davam edəcəkdi. Sadəcə olaraq, bağlanılan banklarla əlaqədar hökumətin və dövlətin üzləşdiyi problemlər və çətinliklər digər bankların da ləğvini dayandırdı. Çünki başqa əlac yox idi. Təkcə, “Beynəlxalq Bank” dövləti “beli üstə” qoydu.

Məsələ bundadır ki, 2005-2006-cı ildəki böhrandan sonra ölkə iqtisadiyyatı 2017-ci ildən etibarən bərpa olunmağa başlasa da, bank sektoru keçən ilə qədər demək olar ki, iflic vəziyyətində qalmaqda davam edirdi. Və yalnız dövlət başçısının təşəbbüsü və birbaşa müdaxiləsi yolu ilə problemli kreditlər məsələsi həll olunduqdan sonra banklar özlərinə gəlməyə başladı ki, bir növ koma vəziyyətindən çıxdılar. Hazırkı addımdan belə anlamaq olur ki, Mərkəzi Bank tərəfindən banklar sahibli və sahibsiz olmaqla, iki yerə bölünüb”.

Gülşən Şəri

www.yenicag.az

1603
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100