Məryəm Üzərli diz çökdü-Fotolar
“Möhtəşəm yüz il” serialından Hürrəm Sultan obrazı ilə tanınan almaniyalı aktrisa Məryəm Üzərli və Sultan Süleyman rolunda çəkilən aktyor Halit Ərgənç ötən gün “GQ Men Of The Year 2014” mükafatlandırma mərasiminə qatılıblar.
H.Ərgənçin mükafatını təqdim etmək üçün səhnəyə çıxan M.Üzərli onun qarşısında diz çöküb və mükafatı başı üzərinə qaldırıb. Aktyorun “Bunu ölən anamın xatirəsinə görə qəbul edirəm” sözlərindən sonra almaniyalı aktrisa göz yaşlarını saxlaya bilməyib.
Həmkarını əlindən tutub qaldıran Halit Ərgənçin də gözlərinin dolduğu diqqətdən yayınmayıb. Mərasimdən sonra jurnalistlərə açıqlama verən Məryəm Üzərli “Halit üçün Afrikaya da gedərəm. Mükafatı təqdim etməkdən ötrü məni dəvət edəndə onun da orada olacağını eşidən kimi gəldim. Yanvardan Türkiyəyə köçəcəm. Özümdə yenidən güc tapdım və qayıtdım”.
Gecəyə qırmızı libasda qatılan M.Üzərli həmkarları ilə birlikdə çəkilmiş fotolarını İnstaqram səhifəsində paylaşıb.