Məşhur aparıcı ŞƏRT KƏSDİ: "O olacaqsa, mən o toyda yoxam"

media-hightechnic-468x90

“Toy sahibinə  deyib, əgər Mikayıl olacaqsa, mən, o səhnədə yoxam”.

Yenicag.az xəbər verir ki, bu sözləri  aparıcı Mikayıl Güləddinoğlu “Günaydın Azərbaycan” verilişində deyib.

O, həmkarının ona qarşı etdiyi xoşagəlməz hərəkətdən danışıb:

“Bir toya dəvət almışdım, ev sahibi  bir məşhur aparıcının adını çəkdi  və dedi toyu bərabər aparacaqsınız. Dedim, çox gözəl. Məclisə bir gün qalmış toy sahibi zəng etdi ki, bəs o aparıcı ilə dalaşmısan? Dedim, yox. Dedi münasibətləriniz çox pisdir? Dedim, yox,  axı nə olub?  Dedi, toya bir gün qalmış ona deyəndə ki, Mikayıl da səninlə  bərabər aparıcılıq edəcək, dedi, əgər Mikayıl olacaqsa, mən, o səhnədə yoxam. Səbəbini soruşublar ki, niyə, düşmənsiniz, deyib, istəmirəm onunla  eyni səhnəni paylaşım.  Amma yekunda toyu mən apardım, o yox”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa