!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur dələduzun himayədarları “yetirmə”lərini azadlığa çıxara biləcəklər? – Hakimə təzyiqlər səngimir

!Reklam – Yazi

Dələduzluqda ittiham olunaraq, həbs edilən fırıldaqçı Cavid Umudlunun dəstəkçiləri onu “sudan quru çıxarmaq” cəhdlərinə ara vermirlər.

Yenicag.az xəbər verir ki, şəhid ailələri də daxil olmaqla, çox sayda vətəndaşa külii miqdarda maddi ziyan vurmuş Cavid Umudlunun apellyasiya şikayəti əsasında məhkəmə prosesi bu həftə baş tutacaq.

Əldə edilən məlumata əsasən, çoxsaylı dələduzluq əməllərinə görə mühakimə edilmiş Umudlunun himayədarları onu azadlığa çıxarmaq üçün son günlər xüsusilə fəallaşıblar.

Onlar Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilmiş Umudlunun cəzasını minimuma endirmək, hətta mümkün olarsa, onun bəraət alaraq, azadlığa çıxması üçün bütün mümkün vasitələrə əl atmaqdadırlar.

Dələduzun himayədarları oktyabrın 2-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçiriləcək məhkəmə iclasına bir neçə gün qalmış adıçəkilən hakimə təzyiqləri daha da artıraraq, məqsədlərinə nail olmağa çalışırlar.

Xatırladaq ki, Umudlunun onu azadlığa çıxarmalarının qarşılığında hamilərinə 100 min manat rüşvət boyun olduğuna dair məlumatlar yayılıb.

Prinsipiallığı son dərəcə artmış bu məsələni diqqətdə saxlayacağıq.

www.yenicag.az

1769
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv