Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Məşhur diktor aparıcılara səsləndi: "Səs tonunuza fikir verin, insanlar qorxudan şok keçirə bilər"

“Koronavirus pandemiyası ilə bağlı ağır xəbərləri çatdıranda təmkinli olun, səs tonunuza fikir verin, insanları həyəcanlandırmaq, təşvişə salmaq olmaz.
Səsinizlə insanları sakitləşdirin. Çünki onların arasında psixoloji cəhətdən zəif olanlar, eləcə də, təzyiq, ürək xəstələri var ki, aparıcının səs tonundan belə şok keçirə bilər. Mən özüm də vaxtilə ağır xəbərləri sakitləşdirici səs tonu ilə çatdırmışam, izləyicilərə rahatlıq gətirmişəm ki, təşvişə düşməsinlər”.

Xalq artisti, məşhur diktor Sabir Ələsgərli Yenicag.az-a açıqlamasında gənc həmkarlarına məsləhət verərkən belə deyib.

O, həm xəbər, həm də şou aparıcılarını diqqətli olmağa səsləyib:

“Həssas bir dönəmdəyik, insanlar həyəcan içindədir. Səbrli olmalıyıq. Hər kəs adi baş ağrısından belə həyəcan keçirir və ona elə gəlir ki, koronavirusa yoluxub. Elə mən özüm də çox qorxuram, deyilənlərə əməl edib, özümü qoruyuram. Evdən bayıra çıxmıram. Aparıcılar da efir qaydalarına uyğun davranmalı, qonaqlarla məsafə saxlamalıdır. Efir başlayan və bitən zaman spirt vasitəsi ilə dezinfeksiya olunmalıdırlar”.

Cəvahir

www.yenicag.az

654