Məşhur diktor KİMƏ SƏSLƏNDİ? - “Dodağını şişirdib kifirləşdirmə, ayıbdır”
“Dodaqlarını qalınlaşdırıb kifirləşdirirlər. Ayıbdır, vallah ayıbdır”.
Yenicag.az xəbər verir ki, bu sözləri məşhur diktor, Xalq artisti Ofeliya Sənani “Bir gün” verilişində deyib.
O, üzgərmə, dodaqböyütmə və digər estetik, eləcə də plastik əməliyyatlar etdirərək özlərini dəyişən məşhurları tənqid atəşinə tutub:
“Elə bilirlər, heç kim bilmir onların əməliyyatla dəyişdiklərini. Baxan kimi blirik. O dəqiqə başa düşürəm ki, burnunu da, üzünü də plastik əməliyyat etdirib. Allah onları sənə üz quruluşuna görə verib. Sən əməliyyat etdirəndə gözün də forması dəyişir, qıyılır, olmaz. Həyatda necə yaranmısansa, bu özü gözəllikdir. Baxırsan, dodaqlarını qalınlaşdırırlar, kifirləşdirirlər. Ayıbdır, vallah, ayıbdır. Necə varsan, elə gözəldir. Nəyin var, təbii olsun. Mən də istəyərdim, burnumu estetik etdirib balacalaşdırım. Yaraşmazdı axı mənə. Allah nə verib, onunla razı olmalıyıq”.
Nehru












