Məşhur diktordan aparıcılara İRAD: “Neytral olmalıdır, qonağı tərifləməməlidir”

media-hightechnic-468x90

“Bəzən görürsən, aparıcı dəvət etdiyi qonağı tərifləyir. Müğənnini tərifləmək lazım deyil”.

Bu sözləri tanınmış diktor, Xalq artisti Ofeliya Sənani deyib.

Məşhur diktor aparıcıya lazım olan kriteriyaları sadalayıb:

“Aparıcı efir mədəniyyətinə riayət etməlidir. Oturuşuna, duruşuna, hərəkətlərinə, danışığına fikir verməlidir. Çünki ona milyonlar baxır. Bəzən görürsən, aparıcı dəvət etdiyi qonağı tərifləyir. Müğənnini tərifləmək lazım deyil. Aparıcı neytral olmalıdır, az danışmalı və mövqe bildirməməlidir. Biz o vaxt müğənnini efirə dəvət edirdik, gəlib mahnısını oxuyub gedirdi.

Aparıcı dəvət etdiyi qonağın sözünü yarıda kəsməməlidir, çünki bu, həmin adama qarşı hörmətsizlikdir. Kriteriyalar çoxdur. Peşəkar aparıcı savadlı, intellektual, mütaliəli olmalıdır. Ədəbiyyatı da gözəl bilməlidir, musiqini də… Bəzən bu kriteriyalar nəzərə alınmır. Çox şeylər var, aparıcılıq çətin peşədir. Buna asan peşə kimi yanaşanlar var”.

Xalq artisti son vaxtlar televizora az-az baxdığını da bildirib:

“Televizora az-az baxıram, bəzən də heç baxmıram. Səhhətimlə əlaqədar çalışıram, stressdən uzaq olum”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600