Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məşhur iş adamı vəfat etdi

“Demirören” holdinqin qurucusu və idarə heyətinin sədri Ərdoğan Demirörenin vəfat edib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, “Doğan” media qrupunu 1,1 milyard dollara satın alan iş adamı 80 yaşında uzun sürən xəstəlikdən sonra həyatını itirib.

“Demirören” şirkətlər qrupunun rəhbəri eyni zamanda 1971-ci ildə Türkiyənin ilk qaz şirkətini alaraq ölkənin qaz sektorunun böyük bir hissəsini də öz əlində cəmləşdirmişdi. Sıxılmış maye qaz üzrə ixtiaslaşmış olan “Milangaz”, “Likidgaz”, “Mutfakgaz”, “Güneşgaz” şirkətləri də “Demirören” qrupuna daxildir. Türkiyədə 24 yanacaqdoldurma müəssisəsi, 40 min tonluq tutuma malik xammal anbarı, 450 min tona çatan satış potensialı olan holdinqin tərkibində 195 TIR, tank və treylərdən ibarət nəqliyyat şirkəti də yer alır.

Qeyd edək ki, Ərdoğan Demirören eyni zamanda Türkiyə Futbol Federasiyasının rəhbəri Yıldırım Demirörenin atası idi.

Loading...

www.yenicag.az

2303
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100