!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İntihar xəbəri yayılan iş adamının atası: “Oğlum intihar etməyib, qaranlıq məqamlar çoxdur” - VİDEO

!Reklam – Yazi

Ötən ilin noyabr ayının 15-də saat 16 radələrində 1984-cü il təvəllüdlü Ramin Əliyevin Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında özünə məxsus yivsiz ov silahı ilə baş nahiyyəsinə atəş açaraq özünü öldürməsi barədə Nəsimi rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, zəruri ekspertizalar təyin edilmişdir.

Qeyd edək ki, 3 uşaq atası olan Ramin Əliyev Nəsimi rayonunda kirayədə tək yaşayırmış. İlkin məlumata görə, onun heç kimə borcu olmayıb.

Məsələ ilə bağlı mərhumun atası Alməmməd Əliyev maraqlı məlumatlar açıqlayıb. Mətbuata verdiyi müsahibədə mərhumun atası ölkə başçısından imdad diləyib: “Bu işdə qaranlıq məqamlar çoxdur. Hadisə yerində 2 foto çəkilib, oradan da aydın görünür ki, silahın yeri dəyişdirilib (red. Foto əlavə edilib). Bundan başqa orada olan Raminin yoldaşı və onun sürücüsü hələ də dindirilməyib, korona adı ilə gizlədilir. Yeganə istəyim odur ki, işə ədalətli baxılsın, mənim var-dövlətdə gözüm yoxdu, onlar gəldi-gedərdi. Mən istəyirəm oğlumun qanı yerdə qalmasın, günahkarlar, səbəbkarlar tapılsın və ədalətli cəzalarını alsınlar. Cənab Prezidentdən xahiş edirəm ki, işin ədalətli həll olunması üçün müvafiq qurumlara tapşırıqlar versin”.

Bu gün isə mərhumun atası Alməmməd Əliyev Baş Prokurorluğun qarşısına gələrək bir daha öz etirazını bildirib. Onun 7gun.az saytına verdiyi videomüsahibəni də oxucularımıza təqdim edirik.

COP29

www.yenicag.az

933
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv