!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur meyxanaçını təhdid etdilər: "Yazışmalarımı həyat yoldaşıma göndərəcəyini deyib, məni pulla..."

!Reklam – Yazi

Tanınmış meyxanaçı Aqşin Fateh tanış olduğu qadın tərəfindən şantaja məruz qalıb.

Yenicag.az xəbər verir ki, meyxanaçı həmin qadının onu ailəsi ilə təhdit etdiyini də bildirib.

Meyxanaçının sözlərinə görə, bir xanımla tanış olub, səmimi münasibət qurub, həmin qadından bahalı hədiyyələr alıb:

“Mənə saat, ətir və digər bahalı hədiyyələr göndərirdi, mən də qəbul edirdim. Bir gün mənə zəng edib, ad gününə dəvət etdi. Gec olduğundan gələ bilməyəcəyimi dedim. İncidi və məni təhdid etməyə başladı. Məndən 10 min manat istədi”.

Meyxanaçının dediyinə görə, həmin qadın onu səsyazılarını və yazışmalarını həyat yoldaşına göndərəcəyi ilə təhdid edib. Belə olan halda, Aqşin həmin qadını tapıb, polisə verəcəyini bildirib. Qurana əl basaraq yalvaran qadın bir də onunla işi olmayacağını dedikdən sonra sənətçi onu bağışlayıb.

Aqşin həmin xanımın başqa məşhur müğənniləri də bu yolla təhdid edərək pul istədiyini bildirib.

Meyxanaçı “Şou ATV” verilişində bunu açıqlayıb.

Nehru

www.yenicag.az

1427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv