Məşhur müğənni vəfat etdi

media-hightechnic-468x90

Daniela-DessìMəşhur italiyalı opera müğənnisi Daniela Dessi 60 yaşında vəfat edib.

D. Dessi gözəl səsi ilə bərabər, parlaq aktyor istedadına malik olub.

Dessi 14 may 1957-ci ildə Genuyada anadan olub. İlk mükafatını 1980-ci ildə İtaliya Dövlət Televiziyasının təşkil etdiyi beynəlxalq müsabiqədə qazanıb. Müğənninin repertuarında 60-dan çox opera olub.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Məşhur müğənni vəfat etdi

media-hightechnic-468x90

muzeyyen senar esasTürkiyənin məşhur sənətçisi, müğənni Müzəyyən Senar 97 yaşında vəfat edib. M. Senar fevralın 2-dən bəri müalicə olunduğu İzmirdəki Egey Universitetinin xəstəxanasında bu gün yerli vaxtla saat 07.30-da dünyasını dəyişib. Dəfn fevralın 10-da İstanbulda olacaq.

Sənətçinin vəfatı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, ana müxalifət (CHP) lideri Kamal Kılıçdaroğlu və digər siyasətçilər başsağlığı mesajı yayıblar.

M. Senar cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün ən sevdiyi müğənnilərdən olub. O, yaradıcılığı boyunca 30-dan çox albom buraxıb.

Xəbər 15 dəfə oxunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa