Məşhur müğənninin evində XOŞ GÜN: “Oğlum mənim təkidimlə evlənir”
Məşhur Müğənninin Evində Xoş Gün: “Oğlum Mənim Təkidimlə Evlənir”
Tanınmış muğam ifaçısı Tacir Şahmalıoğlunun evində xoş gün yaşanır.
Yenicag.az xəbər verir ki, sənətçinin müğənni oğlu Şahmalının nişan mərasimi keçirilir. Müğənni bu barədə “Günə uğurla” verilişində açıqlama verib.
Tacir Şahmalıoğlu oğlunun onun təkidi ilə evləndiyini bildirib:
“Oğlum məhz mənim təkidimlə evlənir. Nişanlanmaqla mənim arzumu yerinə yetirdi. Mən artıq baba olmaq istəyirdim. İstəyirəm oğlumun, qızımın övladları olsun. Çünki artıq mənim də nəvə oynadan vaxtımdır. Övladın evlənməsi bir ağacın bar verməsi deməkdir. Mən də istədim ki, ata əvəzi saydığım Şahmalı evlənsin, övladları olsun”.
Qeyd edək ki, Şahmalı Aytac adlı xanımla nişanlanıb.
Nehru












