Məşhur polis rəisi niyə intihar etdi?
İsrailin məşhur polis rəisi Eprahim Barçanın intihar etdiyi bildirilib.
Yenicag.az musavat.com-a istinadən xəbər verir ki, E. Barça bir çox əhəmiyyətli istintaq işlərini araşdırırmış. Dələduzluğa qarşı şöbənin rəisi olan E. Barça evinin yaxınlığında avtomobilinin içində silahla başına güllə açıb. Polis rəisi son olaraq rüşvət aldığı iddia edilən məmur Yoşiyahu Pintonun istintağını aparırdı və bir il müddətinə həbs olunan məmurun xeyriyyə cəmiyyəti ilə əlaqələrini araşdırması ilə bağlı gündəmə gəlmişdi.
İsrail mətbuatında yer alan məlumata görə, həmin məmur Y. Pinto E. Barçaya 200 min dollar rüşvət də təklif etmişdi.