Məşhur repçi həyat yoldaşını qətlə yetirdi
ABŞ-lı repçi Earl Hayes silahla əvvəlcə həyat yoldaşı Stephanie Moseleyi, sonra isə özünü öldürüb.
Qətlin ailə münaqişəsi zəminində baş verdiyi deyilir.
Hayes bu anları telefonuna çəkərək dostu, boks çempionu Floyd Mayweatherə göndərib.
Qan donduran hadisə cütlüyün Los-Angelesdəki evində baş verib.
Repçinin rəqqasə və aktrisa olan həyat yoldaşını məşhur bir müğənni ilə əlaqəsi olduğuna görə öldürdüyü bildirilir.
Hayes telefonla söhbətində həyat yoldaşına onu öldürəcəyini deyib. Stephanie Moseley isə bunu etməməsi üçün ərini razı salmağa çalışıb.
Yerli vaxtla saat 07.30-da hadisə yerinə gedən Los-Angeles polisi evdə cütlüyün cansız bədənləriylə qarşılaşıb.
Qonşular hadisə zamanı bir qadın qışqırığı və silah səsi eşitdiklərini deyib.