Məşhur sənətçilər Bakıya gəlir

media-hightechnic-468x90

Burak ozcivitTürkiyənin məşhur müğənnisi Murad Boz və aktyor Alper Kul Bakıya gələcək

media-banner_tuq

Bu barədə Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova məlumat verib.

Arzu Əhədova bildirib ki, dekabrın 20-də türk aktyoru Alper Kulun Nizami Kino Mərkəzində imza günü keçiriləcək. Aktyor Bakıya yeni filminin qala-gecəsində iştirak etmək üçün gələcək. İmza günündən sonra yalnız mətbuat nümayəndələri üçün filmin nümayişi olacaq.
Dekabrın 22-də isə müğənni Murad Boz baş rolunda çəkildiyi “Hadi İnşallah” filminin qala-gecəsində iştirak etmək üçün Nizami Kino Mərkəzində olacaq.

Bundan başqa, yeni ildə sevilən türk aktyoru, tamaşaçıların “Möhtəşəm Yüzil” serialında Malkoçoğlu Bali bəy kimi tanıdıqları Burak Özçivit də Bakıya gələcək(report.az).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05