Məşhur teleaparıcı aktrisa olacaq

media-hightechnic-468x90

news-56971Nərgiz Məmmədova “Qız atası” serialında Səbinə rolu ilə özünü sınayacaq.

Teleaparıcı ilk dəfə özünü aktrisa kimi sınayacaq. Nərgizin sözügedən serialda iştirak etməsinin ən böyük səbəbkarı isə aktyor və serialın prodüseri Elməddin Cəfərovun böyük təkidi olub.

“Bu günə kimi bir çox serial və filmlərdən təklif gəlmişdi. Amma heç birini qəbul etməmişdim. Heç ssenarisi ilə də maraqlanmırdım. Amma bu dəfə Elməddin saqqızımı necə oğurladısa, razılaşdım. Mənə dedi ki, serialda da həyatda olduğun kimi olacaqsan. Orda obraza girməyəcəysən. Məni də bu məqam özünə çəkdi. Amma serialda da özüm kimi deyiləm. Xüsusilə də elçilik səhnəsində.

O səhnəni görənlər elçi gəlmək istəsə də, fikrinidən daşınacaq. Çox xahiş edirəm bu rolu o qədər də ciddiyə almayın. Bu serial olduğu müddətdə elçi qapımı döyməyəcək”.

(news.milli.az)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa