Məşhurdan evlilik təklifi alan cazibədar Çiçək: “Hislərimə nəzarət etmirəm” – FOTOLAR – Yenicag.Az

Reklam

Reklam

Xəzər Televiziyasının cazibədar aparıcısı Çiçəyin Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Fərqli tərzi olan aparıcısan, paxıllıq edənlərin çoxdur?

– Bu barədə düşünməmişəm.

– Səncə, həmkarlarından nə ilə fərqlənirsən?

– Digər aparıcıları deyə bilmərəm, amma həqiqətən də məni sevənləri çox sevirəm. Məndə olan bu hisslər həqiqidir, yəqin buna görə. Mənə elə gəlir ki, insanlar onlara ötürülən enerjini gözəl hiss edirlər.

– Ekstrimlər olanda, özünü itirirsən?

– Yox. Amma bir dəfə belə bir şey olub. Paraşütdən tullananda bizə demişdilər ki, hərə bir fərqli fikir, ya arzusunu söyləsin. Mən orada özümü itirmişdim. Yerə enəndə hamı deyirdi ki, göydə Allahla danışırdı. Qorxudan Allaha yalvarırdım.

– Fobiyaların varmı?

– Hə, siçandan çox qorxuram.

– Səncə, sənə gözəllik verən nədir?

– Vücudumla bağlı bir şey deyə bilmərəm. Onu bilirəm ki, insan içini təmiz saxlasa, üzündə əks olunur. Bu doğru sözdür. Mən Allahımı çox sevirəm, bəlkə buna görə insanların gözündə gözəl görünürəm.

– Üzdə olan xanımsan. Heç sevgi təklifləri olur?

– O qədər sevgi, evlilik təklifləri almışam ki…

– Hansı təklif səni şoka salıb?

– Çox olub. Amma gəl, onu açıqlamayım, qarşı tərəf inciyər. Tanınmış, subay insan olub ki, mənə evlilik təklifi edib. Amma sonradan biləndə ki, ailəliyəm, üzr istəyib və geri çəkilib.

– “Boşan, səninlə evlənərəm” deyə təkliflər olub?

– Mənə elə gəlir ki, elə bir insan olmaz desin, “boşan səninlə evlənərəm”. Heç bir kişi, heç bir qadına elə söz demək cəsarətində olmaz.

– Azərbaycanda olmaz da yəqin ki…

– Yəqin ki… Mentalitet söhbəti var axı.

– Sən də bu fikirdəsənmi ki, evlilik sevgini adiləşdirir, bitirir?

– Ailədə sevgi bitə bilər, amma baxır, sən o sevgini hansı tərəfdən görürsən. Mənim iç dünyam bir az fərqlidir deyə, bu suala cavabım da bambaşqa olacaq.

– Səncə, sevgini nə bitirə bilər?

– Sevgini qayğısızlıq, qadın və kişinin bir-birini anlamaması bitirə bilər. Pis günündə yanında olmayan biri ilə yaşamağa dəyməz, o sənin nəyinə lazımdır? Həmişə deyirlər ki, kişilər xəstə qadınları sevmir. Qadın cüzi xəstələnirsə və kişi buna mənfi reaksiya verirsə, demək ki, o kişidən sənə ömür-gün yoldaşı olmaz. Bu gün sağam-salamatam, demək ki, sevəcək. Həyatın zəmanəti yoxdur. Bəlkə elə buradan çıxanda, ayağımı qırdım, şikəst qaldım. Nə bilmək olar, Allah qismətinə nələr yazıb?

– Evli qadının aşiq olması sənin anlamında dəhşətli hissdir?

– (gülür) Maraqlı sualdır, amma cavabsız qoyum. Bir suala cavab verməmək hüququndan istifadə edim.

– Yaxşı onda sualı belə qoyum: hisslərinə nəzarət edirsənmi?

– Yox, yox, hisslərinə nəzarət edən birisi deyiləm. Amma yenə də deyirəm ki, həyata baxış bucağım fərqli olduğundan, hisslərimə nəzarət etmirəm.

– Bəs riskə getməklə aran necədir?

– Riskə gedən biriyəm. Adam var deyir, bunu etmə, yanarsan. Amma mən edirəm və deyirəm ki, eybi yox, yanım. Sonra da oturub deyirəm ki, bax yandın, aldın payını, otur indi qıraqda.

– Məsləhət dinləyənsən, yoxsa elə öz bildiyini edirsən?

– Anamdan başqa heç kimin sözünü eşitmirəm. Lap yüz adam yüz söz desin.

– El qınağı, cəmiyyət təpkisi, belə şeylərə əhəmiyyət verirsən?

– El qınağından da əvvəl Allah var. Belə bir söz var e, Allahın zopası yoxdur ki… Mən bu mövzularda çox həssasam.

– Yəni günaha batmaqdan qorxursan?

– Günaha batmaqdan da əlavə, mən nəsə səhv addım atan kimi Allah başımdan vurur ki, al payını. Mən cəzalanıram. Hər dəfə səhv edəndə bilirəm ki, cazasını çəkəcəm. Mən buna çox inanıram.

Cəvahir
Foto:Cəmalə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9417
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.