Məşhurlar “Twitter”də

media-hightechnic-468x90

f93450996e60392eefe3b934993bd39fBir çox dünya ulduzları, siyasət adamları sosial şəbəkədən istifadə edirlər. Xüsusən də “Tvitter”dən. Hər zaman qonşudan geri qalma prinsipi ilə yaşayan şou-biznes əhli görəsən bu sosial şəbəkədən istifadə edirmi? Ümumiyyətlə “Tvitter”in nə olduğundan xəbərdardırlarmı? Tvit atıblarmı?

Məhz bu mövzu ilə bağlı Lent.az bir çox tanınmışa sual ünvanlayıb.

Millət vəkili Musa Quliyev: “Mən “Tvitter”də yoxam. Yalnız “Facebook”dan istifadə edirəm. Çünki Facebook mənə daha xoşdur”.

Xalq artisti Faiq Ağayev: “Mən aktiv sosial şəbəkə istifadəçisiyəm. Bəli, “Tvitter”də varam. Amma çox istifadə etmirəm. Orada yalnız mühüm hadisələri qeyd edirəm. Gündəlik fikirlərimi ora yerləşdirmirəm. Bunun üçün “Facebook” var. Fikirlərimi ora yazıram.

Müğənni Röya Ayxan: “Mən yalnız “İnstagram”da varam. “Tvitter”dən istifadə etmirəm. Amma onu deyə bilərəm ki, mənim adımda orada da səhifələr açıblar. Amma özüm orada yoxam”.

Xalq artisti Nazpəri Dostəliyeva: “Tvitter”də varam. Amma tez-tez girmirəm. Daha çox “İnstagram”a girirəm. Orada fotolarımı paylaşıram, məni sevənlər, fanatlarım şərhlər yazırlar. Hər birini də oxuyuram. Açığı o xoş şərhləri oxuyub, daha da ruhlanıram. Sənətə olan istəyim, həvəsim daha da artır.

Müğənni Azəri Günel Zeynalova: “”Tvitter”də bir neçə ildir ki, varam. Daimi orada da yeniliklərimi, fikirlərimi bölüşürəm, tvit atıram”.

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev: “Bəli, mən “Tvitter”dən istifadə edirəm. Orada müəyyən məsələləri, fikirləri bölüşürəm. Hansı ki, onlar cəmiyyətdə lazımlı məsələlərdir. Başqa yerdə deməyə imkanımız olmadığı məsələləri sosial şəbəkədə qeyd edirəm. Digər sosial şəbəkələrdə də varam. Hər gün istifadə edirəm”.

Müğənni Rəşad İlyasov: “Yalnız “İnstagram” və “Facbook”da varam. “Tv

itter”də yoxam. Düzünü deyim, heç “Tvitter”in marağında olmamışam. Orada olmaqda istəmirəm, çünki “Facebook” və “İnstagram”a girməyə çətin vaxt tapıram”.

Müğənni Nadir Qafarzadə: “Mən sosial şəbəkəyə bir neçə aydır gəlmişəm. Yalnız “İnstagram”da varam. Yalan nə deyim? “Tvitter”də yoxam. Heç istifadə də etməmişəm. Etmək də fikrim yoxdur. Çünki bir tək “İnstagram”a güclə vaxt ayırıram”.

Müğənni Ayan Babakişiyeva: “Mənim “Twitter”dən anlayışım yoxdur, mənə çatmır. Heç ora girmək niyyətim də yoxdur. “Facebook” və “İnstagram”da varam”.

Müğənni Xatun: “”Tvitter”də yoxam. Mənə elə gəlir ki, bu sosial şəbəkə Azərbaycanda o qədər də məşhur deyil. İstifadə etmirəm. Yalnız “İnstagram”da varam. Başqa yerdə yoxam”.

Rəqqasə Fatimə Fətəliyeva: “Mən “İnstagram”a girirəm. Nadir hallarda da “Facbook”a daxil oluram. Amma “Tvitter”ə girmirəm. Buna heç marağım da olmayıb”.

Murad Arif: ” “Tvitter”də varam. Amma az girirəm. Ümumiyyətlə, biz azərbaycanlılar yazılanı oxumaqdan daha çox, şəkillərə baxmağı, sevirik. Ona görə də əsas auditoriyam “İnstagram” da cəmlənib. Orada insanlar daha aktivdirlər. “Tvitter”də isə zəif”.

Müğənni Əli Mirəliyev: “Mən “Tvitter”, “Facebook” zad anlamıram. Sosial şəbəkəyə girmirəm. Mənə belə rahatdı”.

(news.lent.az)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600