“Məşqçim məni zorladı” - Olimpiya çempionu

media-hightechnic-468x90

Olimpiya çempionu Olqa Korbut Rusiyanın 1-ci kanalına müsahibəsi zamanı məşqçisi tərəfindən zorlandığını bəyan edib.

Yenicag.az xəbər verir ki, o, məşqçisi Renald Knış tərəfindən təcavüzə məruz qaldığını bildirib. Korbut məqçinin onu 1972-ci ildə keçirilən Münhen olimpiadasından əvvəl zorladığını söyləyib. Həmin vaxt Olqanın 17 yaşı olub:

“Hadisə Minskdə – “Yubileynaya” mehmanxanasında baş vermişdi. Olimpiya oyunlarına lap az qalmış. İndiyə qədər bunu gizlədirdim, çünki utanırdım”.

Olqa hazırda 87 yaşı olan sabiq məşqçinin cəzalanacağına ümid etdiyini bildirib. Lakin Knış olimpiya çempionunu yalan danışmaqda ittiham edib: “İlk sözündən son sözünə qədər hamısı yalandı. Bu, ədəbsizlik və həyasızlıqdı”.

Xatırladaq ki, keçmiş SSRİ-nin tanınmış idmançılarından sayılan Olqa həmin vaxt Münhen olimpiadasında 3 qızıl, 1 gümüş medala sahib çıxıb. 2017-ci ildə isə o, üzləşdiyi maliyyə çətinlikləri ilə əlaqədar, olimpiya mükafatlarını auksina satışa çıxarıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa