“Barselona” klubunun və İspaniya yığmasının keçmiş baş məşqçisi Luis Enrikenin 9 yaşlı qızı vəfat edib.
Yenicag.az xəbər verir ki, futbol məşqçisinin 9 yaşlı qızı Xana sümük xərçəngindən əziyyət çəkirdi
Məşqçi “Twitter” hesabında qızı ilə bağlı paylaşım edib: ”Sənin üçün darıxacağıq. Hər gün xatırlayıb, bir gün görüşmək ümidi ilə gözləyəcəyik”.
Qeyd edək ki, Luis Enrike 2015-ci ildə “Barselona” ilə Çempionlar Liqasını və 2 dəfə ölkə çempionluğunu qazanmışdı. 49 yaşlı mütəxəssis 9 oyunda İspaniya millisinə rəhbəlrik etsə də, qızının xəstəliyinə görə iyun ayında yığma komandadan istefa vermişdi.
www.yenicag.az