Messinin 21 metrlik heykəli söküldü – RƏSMİ AÇIQLAMA/VİDEO

media-hightechnic-468x90

Dünya şöhrətli futbol ulduzu Lionel Messinin Hindistanın Kəlküttə şəhərində ucaldılan 21 metrlik heykəli külək səbəbindən təhlükə yaratdığı üçün yerindən sökülüb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, təhlükəsizlik səbəbindən həyata keçirilən təxirəsalınmaz iş zamanı heykəl kran və trosların köməyi ilə qaldırılıb.

Yerli əhalinin heykəlin şiddətli küləklərdə təhlükəli şəkildə yırğalandığı barədə şikayətlərindən sonra Qərbi Benqal millət vəkili Şaradwat Mukherjee açıqlama verib. O, heykəlin yeni yer müəyyən edilənədək dövlət anbarında mühafizə olunacağını bildirib.

Qeyd edək ki, qızılı rəngdə olan və Messinin Dünya Kubokunu qaldırdığı anı əks etdirən 21 metrlik nəhəng abidə ötən ilin dekabr ayında futbolçunun Hindistana etdiyi “Bütün zamanların ən yaxşısı” turu çərçivəsində açılmışdı.

Futbola marağın yüksək olduğu Hindistanda abidənin gələcəkdə harada ucaldılacağı hələlik məlum deyil.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05