“Meta” Avstraliya və Yeni Zelandiyada “Instagram” və “Facebook” istifadəçiləri üçün “Meta Verified” adlı ödənişli abunə xidmətini işə salıb.
Yenicag.az xəbər verir ki, abunə xidməti təsdiqlənmiş işarı, təkmilləşdirilmiş giriş, daha yaxşı qorunma, müştəri dəstəyinə çıxış və “Facebook” və “Instagram”da fərdi stikerlər təklif edir.
Sözügedən abunə paketini satın almaq üçün istifadəçilər 18 yaşdan yuxarı olmalı, son zamanları əhatə edən aktiv paylaşım tarixçəsinə malik olmalı və rəsmi ID-lərinə uyğun profil şəklinə sahib olmalıdırlar. Qeyd edək ki, “Meta” hazırda abunəçilərə abunəlikdən çıxmadan və yenidən müraciət etmədən profil adını, istifadəçi adını, doğum tarixini və ya profil şəklini dəyişməyə icazə vermir.
“Meta Verified” fərdi və peşəkar profillər üçün veb versiyada ayda $11.99, “iOS” və ya “Android”də isə ayda $14.99-a ödənişli plan kimi mövcuddur./Banco.az/
www.yenicag.az