!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mətanət daş üstdə daş QOYMADI: “Sənin vicdanına tüpürüm”

!Reklam – Yazi

 

“Tamaşaçı tanımasa da, aktyor əhli səni əla tanıyır. Sənin vicdanına tüpürüm”.

Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa Mətanət Əhmədova sosial şəbəkə hesabında yazıb.

Bir çox seriallarda baş rollarda oynayan aktrisa ad çəkmədən mərhum həmkarı Çimnaz Sultanova barədə mənfi fikir səsləndirən sənətçiyə səslənib:

“Hamı qeyrət dağarcığı olub. Aktyorların haqqını yeyən şərəfsiz şərəfdən, abırdan danışır. Guya Çimnazın yerinə bu qəbir sorğu sualındadır. Sən camaatın pulu ilə özünə şərait düzəltmisən də… Sən, ümumiyyətlə, sorğu-sualsız qır qazanına gedəcəksən. Çünki hamının əziyyətinin haqqını yemisən.

Gör, sən öləndə nə qədər lənət yağdıracaqlar. Hələ necə əziyyətlə öləcəksən, Allah bilir. Çimnaz yenə kəlmeyi-şəhadəti deyə bildi son nəfəsində. Sənə o da qismət olmayacaq. Tamaşaçı tanımasa da, aktyor əhli səni əla tanıyır. Sənin vicdanına tüpürüm”.

Nehru

www.yenicag.az

88
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv