Mətanət nəyi ETİRAF ETDİ: "Allaha yalvarıb, deyirəm ki..."
“Kişilər çəkinir, bıçaq altına düşməkdən qorxur, amma biz qadınlar ürəkliyik…”
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, müğənni Mətanət İsgəndərli “Qonaqcanlı” verilişində deyib.
Sənətçi səhnədə gözəl görünmək üçün “bıçaq altına” düşməkdən qorxmadığını bildirib:
“Mən səhnədə gözəl görünmək istəyirəm, çünki mənim ruzi qazandığım yer də səhnədir. Gözəl görünmək üçün 6 saatlıq əməliyyatlara da girirəm. Gözəllik qurban tələb edir. Hər bir əməliyyat risklidir, ölümünə qol çəkib əməliyyata girirsən. Kişilər çəkinir, bıçaq altına düşməkdən qorxur, amma biz qadınlar ürəkliyik. Hər dəfə əməliyyata girəndə Allahı köməyimə çağırıram, deyirəm: ‘Allahım, mənə kömək ol’. Allah da deyir: ‘Bəndəm məndən kömək istəyirsə, niyə ona kömək etməyim, niyə onun balalarını peşiman edim'”.
Nehru












