Mətanət OD PÜSKÜRDÜ: "Niyə yaltaqlıq edib ona sənətkar deyirsən?"

media-hightechnic-468x90

 

“Ona da sənətkar deyirsən, mənə də,. Aramızda nə fərq qoydun ki…”

Yenicag.az xəbər verir ki, bu sözləri  müğənni Mətanət Əsədova “Tarixin bir günü”  verilişində deyib.

Sənətçi çıxışı zamanı bəzi aparıcıları hədəf alıb:

“Deyirlər ki, Mətanət verilişlərə gəlmir, biz də məcbur qalıb efiri gənc müğənnilərlə doldururuq. Əlbəttə, gəncləri çağırın, biz onlara hər zaman dəstək oluruq. Demirəm ki, bütün efirlər ancaq Mətanətdən ibarət olsun. Lakin aparıcılar həmin gəncləri ‘sənətkar’ kimi təqdim edirlər. Bəziləri yaltaqlıq edir, bəziləri isə kimlərinsə qorxusundan və ya təzyiqindən həyəcanlanır.

Bizim başımızın üstündə yalnız Allah var. Aparıcı başlayır o müğənniləri durmadan tərifləməyə. Dünən ‘cıppıldayıb’ ortaya çıxan ifaçıya mənim barəmdə suallar verirlər. Sonra mən verilişə gələndə məni də ‘sənətkar gəlib’ deyə tərifləməyə başlayırlar. Axı ona da sənətkar deyirsən, mənə də… Aramızda nə fərq qoydun ki?”

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa