Mətanət OD PÜSKÜRDÜ: "Öz qazanının içini niyə başqasına göstərirsən, ayıb deyil?"
“Elə şeyləri görəndə həm iyrənirəm, həm də nifrət edirəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva öz verilişində deyib.
O, ailə sirrlərini başqalarının yanında danışan qadınları tənqid atəşinə tutub:
“Keçmişdə qadınlar heç vaxt belə etməzdilər. Amma müasir qadınlar həyat yoldaşlarının eyiblərini rahatlıqla başqalarının yanında danışırlar. Olmaz belə. Həm iyrənirəm, həm də nifrət edirəm elə şeylərə. Axı o sənin uşaqlarının atasıdır, sənin həyat yoldaşındır. Bunu danışdığın adam da gedib kiməsə deyəcək ki, filankəsin əri beləymiş. Soruşanda ki, sən haradan bilirsən, deyəcək, elə özü dedi də… Yaxşı, ya pis, nəyin varsa, özünə aiddir. Öz mətbəxindir, öz qazanının içini niyə başqasına göstərirsən? Olmaz belə”.
Nehru












