Mətbuat Şurasında “Süni intellekt dövründə media: Yeni çağırışlar” mövzusunda təlim keçirildi - FOTOLAR
Azərbaycan Mətbuat Şurasında Şuranın İdarə Heyətinin üzvü, Sosial media ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərlinin “Süni intellekt dövründə media: Yeni çağırışlar” mövzusunda təlimi keçirilib.
Yenicag.az xəbər verir ki, təlimdə Azərbaycan Mətbuat Şurasında istehsalat təcrübəsində olan Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsinin iştirakı ilə süni intellektin sosial mediada rolu, dezinformasiya və onunla mübarizə yolları müzakirə olunub.
Müzakirələr zamanı dezinformasiyaların qarşısının alınması, media savadlılığının artırılması, süni intellektin hüquqi və sosial aspektləri kimi mövzular geniş müzakirə edilib. Xüsusilə, gənclərin bu sahədə aktiv iştirakının vacibliyi vurğulanıb. İnteraktiv formatda keçən təlim-seminarda tələbələrin sualları cavablandırılıb.