!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mətbuata “qapalı” NAMİZƏD: Tural Gəncəliyev niyə jurnalistlərdən qaçır? - VİDEO

!Reklam – Yazi

Milli Məclis 30 ilə yaxındır ki, ölkənin əsas qərarlarını verən qurumdur və parlamentdə barmaqla sayılası qədər deputat var ki, seçildiyi dairənin dərdini Milli Məclisdə səsləndirir. Lakin elələri də mövcuddur ki, 5 il ərzində bir kəlmə də olsun, nə danışır, nə də dinir. Təəssüf ki, Milli Məclisin VI çağırış deputatı olan Tural Gəncəliyev də bu qəbildən olan şəxslərdəndir.

Yenicag.az-ın seçki marafonu ilə bağlı başlatdığı silsilə araşdırma yazısında bu gün namizədliyini 122 saylı Xankəndi seçki dairəsindən verən Tural Gəncəliyevin fəaliyyətindən bəhs edilib.

T.Gəncəliyev Milli Məclisin yeni kadrıdır, hələ gəncdir və bəzi deputat həmkarları kimi hələlik biznes fəaliyyətinə keçid etməyib. Bəlkə də edib, bunu deyə bilmərik, çünki Xankəndini təmsil edən deputat uzun illər işğalda qalan öz şəhərinin problemlərinə necə səssiz qalıbsa, öz kreslosunda da bu sükutunu davam etdirib deyə, onun haqqında elə də ciddi informasiyaya malik deyilik.

Milli Məclisin “lal deputatları” siyahısında özünəməxsus tərzi ilə seçilən cənab Gəncəliyev 2023-cü ildə cəmi 2 dəfə çıxış edib. Maraqlısı isə budur ki, deputatlıq dönəmində medianın zənglərini açmayan, Xankəndi camaatının problemləri barədə danışmayan deputat İkinci Qarabağ müharibəsindən sonra ötən ilin sentyabrına qədər separatçı xuntanın girovunda qalan sıravi ermənilərlə danışıqların qurulmasında fəal iştirakı ilə seçilmişdi. O, Qarabağın erməni icması ilə danışıqlarda şəxsən özünün iştirakı ilə bağlı dəfələrlə təkliflər göndərmişdi. Elə işin qəribə tərəfi də budur ki, Tural Gəncəliyev Xankəndinin azərbaycanlı icmasından fərqli olaraq, niyə Qarabağ erməniləri ilə dialoqda canfəşanlıq göstərirdi?

T.Gəncəliyev bağlı yazımızı yazarkən, sözsüz ki, onun sosial media hesabını bir xeyli araşdırdıq. Bəli, Tural müəllim mediada çox aktivdir və təbliğat-təşviqat kampaniyası start götürəndən sonra artıq 4 il öncə görüşdüyü seçicilərini yenidən yada salıb. “Məclis İnfo” portalında Tural Gəncəliyevin Milli Məclis, media və sosial şəbəkə aktivliyi ilə bağlı qeyd olunmuş rəqəmlər də onun mediadan qaçmasının səbəblərini, əslində, bir növ ifadə edir. Belə ki, sosial şəbəkə aktivliyi 92,9% olan Tural bəyin media aktivliyi isə faciəvidir – 5.5%. Onun Milli Məclis aktivliyi isə deyilməz həddə – 1,6% civarındadır.

Ümumiyyətlə, jurnalistlərin Xankəndi və Qarabağla bağlı suallarından yayınan Tural müəllimin belə göstəricilərə malik olması, sözün düzü bizdə şübhə yaratmadı. Xülasə, Tural müəllimdən digər bəzi həmkarları kimi, 5 ildə bir ortaya çıxıb seçicinin ətəyindən yapışıb səs dilənməyini, altına mal-mülk yığıb övladlarının “mərifətləri” ilə gündəmə gəlməsini istəmirik. Əksinə, ondan Xankəndi camaatının dərdinə azca da olsa, şam kimi yanmağını, 30 il yurd-yuvalarından didərgin düşən bu insanların problemlərin həllində canfəşanlıq göstərməsini diləyirik. Sonrasını isə buraxırıq Tural müəllimin öz vicdanına…

Mövzunu davam etdirəcəyik…

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv