Metro saat 01:00-a qədər işləyəcək

media-hightechnic-468x90

“Bakı Metropoliteni” QSC “Qarabağ” FK-nın UEFA Çempionlar Liqasındakı oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

Yenicag.az xəbər verir ki, noyabrın 5-dən 6-na keçən gecə metronun bütün stansiyaları saat 01:00-a qədər girişə açıq olacaq.

Bildirilib ki, azarkeşlərin rahat və təhlükəsiz gedişini təmin etmək məqsədilə metropoliten gücləndirilmiş iş qrafikində fəaliyyət göstərəcək. “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət və işçi qüvvəsi artırılacaq. “Gənclik” stansiyasında, həmçinin könüllülər də fəaliyyət göstərəcəklər.

Ehtiyat qatarlar zərurət yarandıqda xəttə buraxılmağa hazır olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa